İrəvan Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçiriləcək sülh müqaviləsinin hazırlanmasına dair görüşündə iştirakdan imtina edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyindən verilib.
Beləliklə, SİA-nın da bir müddət əvvəlverdiyi kimi, cümə axşamı, dekabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Söhbət Laçın dəhlizinin bağlanması və tərəflər arasında regionda filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşən Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı Lavrov Laçın dəhlizi boyunca Dağlıq Qarabağ və Ermənistan arasında kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə riayət olunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycanın xarici işlər nazirləri də İrəvanın imtina etməsindən təəssüfləndiklərini bildiriblər.
Xatırladaq ki, Ermənistan, Rusiya Federasiyası və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin Laçın dəhlizinə nəzarət etmək öhdəliyi var.
Onu da qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya sülhməramlılarının Laçın dəhlizinə nəzarət üzrə öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB