2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verdi və bizim Vətən müharibəmiz başlandı. Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlıq səviyyəsi Ermənistanın bütün planlarını alt-üst etdi. Düşmən uzun müddətdən bəri törətdiyi cinayətlərin və verdiyi təcavüzkar bəyanatların cəzasını layiqincə aldı. Ordumuz torpaqlarımızı işğaldan qurtardı və xalqımızda böyük coşğu yaratdı. Müharibə noyabrın 10-da “Dəmir yumruğ”un zərbəsi altında Ermənistanın kapitulyasiyası ilə tam başa çatdı.Ermənistanın 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa çətin ehtimal verirdi. Ancaq xalq-ordu-lider birliyi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi-hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı.
Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan xalqı döyüş meydanında tarixi ədaləti bərpa etdi; öz Prezidentinin ətrafında sıx birləşən xalq Qarabağın onun üçün milli ləyaqət məsələsi olduğunu və bu məsələdən alnı açıq, üzü ağ çıxdığını dünyaya sübut etdi.Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərdi, qətiyyəti, prinsipallığı, “Dəmir yumruq” əməliyyatı ilə göstərdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Məhz Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, vətən - torpaq sevgisi, xalqımızın birliyi parlaq qələbəni təmin etdi.44 günlük Vətən müharibəsində əldə olunmuş Möhtəşəm Zəfər tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Cəlal Əliyev,
YAP Masallı rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB