Belçika polisi Qətərin iqtisadi və siyasi qərarlara təsir etmək üçün bəzi Avropa Parlamenti (AP) işçilərinə rüşvət verdiyi səbəbi ilə başladılan istintaqda AP ofislərində axtarış aparıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, indiyə qədər 1 milyon avroya yaxın pul müsadirə edilib. AP tarixində "ən böyük korrupsiya qalmaqalı" olduğu bildirilən hadisə ilə bağlı Avropa Parlamentinin sədri Roberta Metsola "Avropa demokratiyası hücum altındadır" deyib.
Parlamentarilər bugünkü iclasda qalmaqalı müzakirə edəcəklər. AP-nin Qətərlə əməkdaşlığı dayandırdığını bildirib. Belçika polisi indiyədək Qətərdən rüşvət almaq iddiası ilə 4 nəfəri saxlayıb. Onların arasında iddialardan sonra vəzifəsindən uzaqlaşdırılan Avropa Parlamenti sədrinin müavini, yunan deputat Eva Kaili də var.
Qətər isə ittihamları rədd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB