Sülhməramlılar Azərbaycanın sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün tədbir görməyib- XİN rəsmisi

Sülhməramlılar Azərbaycanın sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün tədbir görməyib- XİN rəsmisi

"Sülhməramlılar Azərbaycanın sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün tədbir görməyib”.

SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib:

“Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə