Yunanıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Kristo Kapodistria Yunanıstanın Azərbaycanda yeni səfiri təyin edilib. SİA xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov yeni səfirlə görüşüb.

“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım Kristo Kapodistriaya Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!”, - A.Hüseynov feysbuk səhifəsində yazıb.

Yunanıstanın yeni səfirinin yaxın vaxtlarda Bakıya gələcəyi gözlənilir.

K.Kapodistria Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə