İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə basqını zamanı 2 fələstinli ölüb, 1-i yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail qüvvələri Cenin Qaçqınlar Düşərgəsinə basqın edərək binaların damlarına snayperlər yerləşdirib. Basqına müqavimət göstərməyə çalışan fələstinlilərlə İsrail qüvvələri arasında toqquşma baş verib. Hadisələr zamanı 4 fələstinli saxlanılıb.

Fələstin Səhiyyə Nazirliyi basqın zamanı İsrail hərbçilərinin açdığı atəş nəticəsində 27 yaşlı Naim Camal əl-Zubaidi və 26 yaşlı Məhəmməd Ayman əs-Sədinin öldüyünü, bir fələstinlinin isə yaralandığını və səhhətinin vəziyyətini açıqlayıb. Cenindəki İbni Sina Xəstəxanasına gələn çoxlu sayda fələstinli öldürülən gənclərin cənazələrini götürərək şəhərin küçələrində gəzdirib. Fələstinlilər şüarlar səsləndirərək, Fələstin xalqının İsrailin sui-istifadələrinə qarşı müdafiəsini tələb ediblər.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə