İranlı media nümayəndələrinin ölkəmizə qarşı qərəzli düşüncələri nəyə söykənir? - BAŞ REDAKTOR AYDINLIQ GƏTİRDİ

“İran Azərbaycana ambisiyalı, iddialı, dost olmayan siyasətini ölkəmizin müstəqillik əldə etdiyi dövrlərdən bu günə qədər mütəmadi şəkildə davam etdirməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında “BakıXəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Baş redaktor qeyd edib ki, İran hökuməti müəyyən zamanlarda fikir ayrılıqlarına düşsələr də onlar bizə qarşı olan düşüncələri hər zaman olduğu kimi qalır: “Ölkəmizdə müstəqillik elan edildikdən sonra erməni təcavüzünündə ölkəmizə qarşı qızışdığı bir dövrdə İranın özünü necə apardığı bizə bəlli idi. 30 il erməni təcavüzünün davam etdiyi dövrdə İran Azərbaycanın haqqına və hüququna real şəkildə heç bir qiymət vermədi. Həmçinin bizim günahkar bir ölkə olmadığımızı heç bir zaman dilinə gətirmədi. Yalnız və yalnız guya müsəlmanların təcavüzə məruz qaldıqları ilə bağlı bəyanatlar verməklə kifayətləndi. Erməni təcavüzünün davam etdiyi bir dövrlər də Azərbaycan sərhəddin də Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etdiyi bir dövrlərdə bizimlə olan sərhədimizi mühafizə etməyə başladı. İranın Azərbaycana düşmən və qeyri-dost, qeyri-qonşu münasibətini davamlı şəkildə aparmağından xəbər verir. 1990-ci illərin ortalarında Təbrizdə konsulluğumuzun açılması zaman İranın molla rejimi müxtəlif təziqlər göstərdi. Bu konsulluğunda fəaliyyət göstərməsinə həmin molla rejimi şərait yaratmırdı. İranın media nümayəndələrinin təkcə azərbaycanlı məmurlarına və siravi insanlarına qarşı yox, Azərbaycan Respublikasının dövlət başçısına qarşı münasibətində də öz ambisiyalarını saxlaya bilməməsi bir daha onu sübut etdi ki, onlar Azərbaycana qarşı münasibətdə xüsusi rejim altında saxlanırlar. Bir müddət öncə Azərbaycan Preizdentinin keçirtdiyi geniş miqyaslı konfransda media nümayəndələri ilə görüşdə iranlı jurnalistin qərəzli sualları heç kimin gözündən yayınmadı. Həmin iranlı jurnalist o sualları ilə Azərbaycanı pis vəziyyətdə qoymağa çalışırdı. Ölkə başçısı isə iranlı jurnalistin sualına elə cavab verdi ki, onu öyrədənlərə və onun şəxsən özünə heç bir mənada sərf etmədi”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə