"Avropa İttifaqının səylərini Fransa heçə endirir" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Hadisələr göstərir ki, Fransa son aylarda açıq şəkildə xüsusilə anti-Azərbaycan kursunu aparır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu kursun məntiqi nəticəsi bundan ibarətdir ki, Azərbaycan artıq Fransanı post münaqişə dövrünə təsadüf edən bütün məsələlərin müzakirəsindən uzaqlaşdıracaq və ya imtina edəcək: "Yəni Fransa artıq Azərbaycan üçün məqbul olunan vasitəçi rolunda deyil. Danışıqlarda Fransa vasitəçiliyi Azərbaycan tərəfindən rədd olundu. Səbəblərini isə cənab Prezident İlham Əliyev açıq şəkildə göstərib. Təəssüflər olsun ki, Fransanın dırnaqarası canfəşanlığı, eyni zamanda, Avropa İttifaqının vasitəçiliyinə də kölgə salır. Çünki Avropa ittifaqının vasitəçiliyi ilə son aylarda aparılan danışıqların kifayət qədər böyük nəticəsi olmuşdur".

Politoloq son olaraq bildirib ki, ancaq son aylarda müşahidə edilən Fransanın pozucu hərəkətləri Avropa İttifaqı tərəfindən aparılan danışıqlar prosesinə qoşulmaq istəyi Avropa İttifaqının da vasitəçiliyi altına xətt çəkir. Avropanın səylərini Fransa heçə endirir. Belə olan halda Azərbaycan üçün Rusiya və ABŞ təşəbbüsü ilə həyata keçirilən danışıqlar platformaları daha məqbul sayılır. Prezident İlham Əliyevin dediyi kimi, biz daha çox bu vasitəçilərlə işləməyə üstünlük verəcəyik".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə