Rus sülhməramlılarının birtərəfli mövqeyi nə ilə nəticələnəcək? - HƏRBİ-EKSPERT DANIŞDI
“Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya kontingentinin fəaliyyəti bizi dərindən narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Ekspertin sözlərinə görə, onların son aylarda fəaliyyətləri tamamilə qeyri qənaətbəxşdi: “Nəzarət etdikləri Laçın yolu ilə erməni silahlarına silah daşınması, ərazilərimizə müharibədən sonrakı dövrlərdə minaların danışması, erməni silahlarının ərazidən çıxarılmaması əksinə olaraq onların texnika təchizatında Rusiya sülhməramlılarının uğursuz fəaliyyətləri kimi faktları kifayət qədər mətbuatda geniş işıqlandırılıb.
Rusiya sülhməramlıları hər şeyə göz yumaraq baş verən proseslərdə Azərbaycan tərəfini araşdırma aparmadan dərhal günahlandırmağa çalışırlar. Bütün bunların qarşısını almaq üçün hesab edirəm ki, Azərbaycan tərəfi ilk növbədə Laçın dəhlizinə nəzarəti bərpa etməlidir. Həmçinin Azərbaycan ərazilərinə daşınan istənilən yük və ləvazimatlar Azərbaycan tərəfindən yoxlanılmalı və daha sonra ərazilərimizə buraxılmalıdır. Ən azından ilkin mərhələdə Azərbaycan tərəfi Laçın yoluna Rusiya və Türkiyə qrupuna müştərək bir heyətin cəlb olunmasına hələlik razılaşa bilər. Atəş açan düşmən darmadağın edilməli və Ermənistanın əldə etdiyi silahların, sursatların texnikaların Azərbaycan hərbiçilərinin həyatına təhdid yarada biləcək məsafəyə yaxınlaşdığı anda həmin nöqtələr dağıdılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB