Laçın rayonunun qaytarılması tarixi məsələdir

Laçın rayonunun qaytarılması tarixi məsələdir

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq qrafik əsasında torpaqlarımızın ölkəmizə qaytarıldığı tarixlərdə xalqa müraciətlərini bu gün də böyük sevinc, qürur hissi ilə xatırlayırıq. 1 dekabr 2020-ci il tarixdə Laçın rayonunun işğaldan azad edilməsi xəbərini xalqa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq” söyləyərək bildirdi ki, çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna həm döyüş meydanında, həm danışıqlar masasında nail olduq. Dövlət başçısı daim çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı: “Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər.”

1 dekabr 2020-ci il tariximizə Laçın rayonunun işğaldan azad edildiyi tarix kimi yazıldı. Təkcə laçınlılar deyil, bütün xalqımız bu qürurlu tarixin sevincini yaşayır. Torpaqlarımızın tarixi sahibinə qovuşması, dağıntılardan qurtularaq həyatının quruculuq dövrünə qədəm qoyması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Bu sevinci bizələrə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq.

Laçın rayonu 18 may 1992-ci ildə işğalolunmuşdu. Rayonun işğalını reallaşdırandüşmən qüvvələrinin böyük hissəsi Laçındəhlizi vasitəsilə daxil olurdu. Laçın rayonununişğal altına düşməsi faktiki olaraq ErmənistanlaDağlıq Qarabağ arasında coğrafi bağlantıyaratmışdır. İşğal nəticəsində Laçın rayonununəhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkindüşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqlarespublikanın 57 şəhər və rayonunda müvəqqətiməskunlaşıb.

İki ildir Laçın rayonu yeni inkişaf dövrünüyaşayır. Belə ki, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasıişə salınıb. Bu stansiya təxminən 7000 nəfərəhalinin elektrik enerjisi ilə təminatında mühümrol oynayacaq. Burada istehsal olunan elektrikenerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidəyerləşən digər infrastruktur layihələrini elektrikenerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturu bərpa edilir. Prezidentİlham Əliyevin Sərəncamına əsasən tikilənKəlbəcər-Laçın avtomobil yolunun uzunluğu72,8 kilometrdir. Birinci və ikinci texnikidərəcəyə uyğun tikiləcək yolun hərəkəthissəsinin eni 9-16 metr olacaq. İki və dördhərəkət zolaqlı olacaq yol üzərində altkeçidlərvə körpü inşa olunacaq. Yol üzərində 3 tunelintikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu9450 metr olacaq.

2025-ci ildə Laçında Beynəlxalq HavaLimanının istifadəyə verilməsi planlaşdırılır.İşğaldan azad olunmuş ərazilərdə, o cümlədənLaçında hava limanının inşası bölgəninbeynəlxalq statusunu artıracaq. Laçınrayonunun Qorçu kəndinin ərazisində inşaediləcək hava limanı bir neçə mühüm amiliözündə ehtiva edir. Burada aeroportun tikilməsiümumilikdə bölgənin sosial-iqtisadi inkişafınatəkan verəcək və turizm potensialınınartırılmasına səbəb olacaq. Laçın havalimanının inşası həm də işğaldan azad edilmiştarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçınaeroportu logistik mərkəzlərin yaradılmasına datöhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarədayanacağının inşası nəzərdə tutulur.

Rayonda görülən işlərin miqyası genişdir.Soydaşlarımız üçün yüksək həyat şəraitininyaradılması əsas hədəflərdəndir. Böyük Qayıdışproqramı əsasında görülən işlər bu reallığıtəsdiqləyir ki, laçınlıların birinci qrupu özdoğma şəhərinə gələn ilin sonuna qədər qayıdabilərlər.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə