Növbəti siyasi-hərbi qələbə, Laçın rayonunun işğaldan azad olunması

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dekabrın 1-də Azərbaycan xalqına növbəti müraciətində Laçın rayonunun azad edilməsi müjdəsini verdi. 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra hər dəfə xalqa müraciəti zamanı işğaldan azad edilmiş ərazilərimizin müjdəsini verən dövlətimizin başçısının hər bir çıxışını böyük həyəcanla izləməklə qələbəmizin sevincini yaşayırıq. Laçın rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Laçın rayonunun böyük hissəsini hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır.

Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. 30 ilə yaxın müddət ərzində düşmənin torpaqlarımızı işğal altında saxlaması bir yana, sərhəd bölgələrimizi atəşə tutması və bunun nəticəsində ərazilərə dəyən ziyan, dinc insanların həlak olması narahatlıqlar yaradırdı. Dünya dövlətlərinin bu cinayətlərə göz yumması və birtərəfli mövqe tutması, həmçinin Azərbaycan torpaqlarının azad edilməsinə və ərazi bütövlüyünün bərpa edilməsinə qeyri-ciddi yanaşması xalqımızda ruh düşkünlüyü yaradırdı. Efirdə yayılan videogörüntülərdə döğma elimizin viranəyə çervrildiyini gördükcə adamı dəhşət bürüyür. O cür gözəl, yaşıllıqlarla zəngin, yaraşıqlı memarlıq abidələrini, inzibati binaları, məktəbləri, evləri tamamən dağıdıblar, meşələr yandırılıb. Laçında olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparmışlar. Bunlar təkcə düşmən deyil, həm də insanlıqdan uzaq canlılar imiş. Lakin bunlar arxada qaldı. Çünki Azərbaycan xalqı, Müzəffər Ordumuz böyük qələbə qazandı. Dövlətimizin başçısı Prezident İlham Əliyevin dediyi kimi, “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.

Erməni separatçıları Laçının adını dəyişərək “Berdzor“ qoymuş və rayonun işğal edilmiş ərazilərində yüzlərlə erməni ailəsini qanunsuz olaraq daimi məskunlaşmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. Bu onların xəyalları idi. Başqasıının torpağını mənimsəmək və əldə saxlamaq üçün əllərindən gələni etdilər.

Laçın ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Laçında da qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. İşğalçılar tariximizi silmək və unutdurmaq üçün bu cür cinayətlər etmişlər. İndi əsas odur ki, Laçın rayonu və bütün kəndləri azad olunub. Laçında olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparmışlar.

Azərbaycan dövləti inkişaf yolunda inamla irəliləyir. Laçın və onun kəndləri də zamanla abadlaşacaq, yaşayış bərpa olunacaq. Yeni inzibati binalar, memarlıq abidələri inşa olunacaq. İnsanlar öz doğma ellərinə qayıdacaqlar. Məktəblər, uşaq bağçaları tikiləcək. Uşaqlar burda böyüyəcək, məktəbə gedəcəklər. Yurd yerinə qayıdan sakinlər üçün iş yerləri açılacaq. Bütün azad edilən bölgələrimiz kimi Laçında da istirahət parkları salınacaq, yollar asfaltlanacaq, kommunal xidmətlər bərpa ediləcək, işıqlanma sistemi quraşdırılacaq. Cənab Prezident bildirib ki, Laçın və eləcə də bütün işğaldan azad olunmuş ərazilər yenidən qurulacaq, orada həyat yenidən dirçələcək. Laçın rayonu da yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Laçın rayonunun bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən hər cür kömək göstəriləcək. Bütün bunlar gerçəkləşəcək. Çünki Prezident İlham Əliyev deyib ki, “İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. 44 günlük müharibə dövründə dünya dövlətləri Azərbaycan xalqının vətənpərvərliyinin şahidi oldu. Döyüşçülərimizin böyük vətənpərvərliklə döyüşməsi, xalqımızın birləşməsi qələbəmizi daha da şanlı etdi. Şanlı Ordumuzun düşməni diz çökdürməsi, ermənilərin döyüş meydanlarından daha doğrusu özgə torpaqlarından qaçması da dünyaya göstərdi ki, bu bölgələr Azərbaycanın əraziləridir. Laçının işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur. Rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur.

Prezident öz çıxışlarında dəfələrlə qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi.

Laçının azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun! Laçın bizimdir, Qarabağ bizimdir!

Zahid Cəfərov

YAP Yasamal rayonu Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə