"Fransa yaxın tarixdə törədilən kütləvi qırğınların, qətliamların, oğurluqların müəllifi olub" SİYASİ EKSPERT AÇIQLADI

"Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan biabırçı qətnamə qəbul edib. Qətnamə layihəsində Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən və Laçın dəhlizindən çıxarılması tələbini Senatın 296 üzvündən 295 imzalamışdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski deyib.

Onun sözlərinə görə, bəs görəsən Azərbaycan hökumətindən erməni əhalisinin, erməni dini-mədəni irsinin qorunması üçün tədbirlər görməyi tələb edən, özünü demokratiya, insan hüquqlarının carçısı elan edən Fransa Senatının üzvlərinin öz tarixlərindən xəbəri varmı? Axı əslində Fransa özü yaxın tarixdə törədilən kütləvi qırğınların, qətliamların, oğurluqların müəllifi olub. Üstəlik, onların bir çoxu hələ də tam olaraq araşdırılmamışdır. Gəlin bu dövlətin törətdiyi tarixə düşən bir sıra hadisələri xatırlayaq. XVI əsrin əvvəllərində dünyanın zəngin sərvətlərinə yiyələnmək uğrunda mübarizə başladı və Fransa da öz imperialist maraqlarından çıxış edərək bu mübarizəyə qoşuldu. İlk təyinat Şimali Afrikanın müsəlman ölkələri idi. Və artıq XVII əsrdən başlayaraq Şimali Afrikada öz imperialist maraqlarını həyata keçirən Fransa milyonlarla insanı qətlə yetirdi, yüzlərlə kənd və qəsəbəni viran qoydu. Tarixi məlumatlara görə, təkcə Əlcəzairdə Fransa 4 milyondan çox insan öldürmüşdür. Əslində Fransa 130 il ərzində Əlcəzairdə hər gün yüzlərlə müsəlmanın qanını tökərək adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdıran bir ölkədir. Tarixi mənbələrdən də açıq görmək olur ki, Fransa girdiyi hər Afrika ölkəsində eyni faciəni törədib. Bu ölkələrdən biri də Benin idi. XIX əsrdə Benin Fransa tərəfindən tam istila olunaraq, minlərlə insan qul vəziyyətinə salındı və gəmilərlə Avropa, Amerika qitələrinə daşındı. Beləliklə də kütləvi şəkildə ailələr qul halına salınaraq beynəlxalq bazarlarda pula satıldı ki, qazanılmış milyonlar sonralar Parisə daşındı. Eyni aqibəti Burkino-Faso əhalisi də yaşadı. Minlərlə insanlar qətlə yetirildi, şəhərlər darmadağın edildi, talan olundu. Fransa həmçinin Seneqal, Madaqaskar, Kamerun, Ruanda, Çad və Mərakeş kimi ölkələrin də hamısının tarixində öz qanlı izini qoymuşdur. Belə də ki, tarixi işğalçılıq və qətliamlarla bol olan bir ölkənin hansısa ölkəciyin lobbisi tərəfindən satın alınan da "senatorları" olmalıdır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə