"Makron bütün balansı ermənilərin xeyrinə pozdu" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransa ermənipərəst siyasətini davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron da bunun bariz nümunəsidir. Halbuki, Makrondan öncəki Fransa prezidentlerinin də ermənilərə simpatiyası olmasına baxmayaraq, hər halda balansı qorumağa çalışırdılar. İrəvana səfər edəndə Bakıya da səfər edirdilər. Lakin Makron bütün balansı ermənilərin xeyrinə pozdu. Azərbaycan əleyhinə fikirlər səsləndirdi. Fransa Senatında da Azərbaycana qarşı qətnamə qəbul olundu. Faktiki Fransa Azərbaycan münasibətləri sıfır nöqtəsinə gətirilib çıxarıldı. Amma anlamırlar ki, Cənubi Qafqazın əsas dövləti Azərbaycandır. Azərbaycanla münasibəti normal olmadan Cənubi Qafqazda maraqları qorumaq mümkün deyil. Bu Fransanın seçimidir. Artıq seçimini də edib. Bizimdə seçimimiz milli və təhlükəsizlik maraqlarımızın qorunmasıdır. Əlbəttə Azərbaycan Fransanın Avropa İttifaqının aparıcı dövləti kimi tapşırıq qoyur ki, bu cür ermənipərəst siyasətini yeritməsinlər, amma artıq onlar öz seçimlərini ediblər, Azərbaycanda öz tərəfdaşları ilə yollarına davam etməlidir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə