"Ermənistan heç vaxt münaqişənin həll edilməsində maraqlı olmayıb" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistan heç vaxt münaqişənin həll edilməsində maraqlı olmayıb" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistan heç vaxt münaqişənin həll edilməsində maraqlı olmayıb. Ümumiyyətlə 100 ildən artıqdır ki, Ermənistan soyqırımı, işğal, terror siyasəti həyata keçirir".

Onun sözlərinə görə, onların əsas partiyası Daşnaksütyun Partiyasıdır. Türklərə qarşı, Azərbaycana qarşı qisasçılıq üzərində qurulub: "Azərbaycan torpaqlarında "Böyük Ermənistan" qurma xəyalları qururlar. Hər dəfə münaqişənin həll olunmağına az qalmış təxribatlar törədiblər. İstər Çar Rusiyası dövründə, istərsə də indiki dövrdə onlar müstəqil dövlət olmayıb, böyük dövlətlərin əlində alət olublar. İndi də Avropa Birliyi çalışır ki, bu ilin sonuna qədər sülh sazişi imzalansın. Bu istiqamətdə həm ABŞ, həm Avropa Birliyi, həm də Rusiya müəyyən danışıqlar aparır. Fransa başda olmaqla bir çox erməni lobbiləri bu danışıqları pozmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Təəssüflər olsun ki, qonşu dövlətlərimiz İran və Rusiya bu və ya digər formada Ermənistana dəstək olurlar. Sərhəddə törədilən son təxribatların səbəbi də odur ki, guya hələ sülh sazişinin imzalanması üçün hazır deyillər. Müxtəlif bəhanələrlə bu sazişin müddətini uzatmağa çalışırlar. Bunun da bütün məsuliyyəti Ermənistanın siyasi hakimiyyətinin üzərindədir. Əgər Ermənistan bu təxribatlardan əl çəkməsə "Dəmir Yumruq" bu dəfə çox sərt olacaq. Yenə Ermənistan bu hadisələrdən nəticə çıxarmayıb eyni hərəkətləri davam etdirsə yenə cəza alacaq. Azərbaycan tərəfindən bütün təxribatların qarşısı alınıb və bütün istiqamətlərdə Azərbaycan ordusu vəziyyəti nəzarət altına alıb".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə