Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis ediləcək

Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis ediləcək

Azərbaycanın Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək.

SİA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

İclasda deputatlar "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə