Jurnalistlər üçün hansı imtiyazlar tətbiq oluna bilər? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Jurnalistlərin müəyyən imtiyazlardan istifadəsi çox müzakirə olunan məsələlərdən biridir. Əslində, əsrin əvvəlində jurnalistlər üçün bir sıra imtiyazlar var idi. Jurnalist vəsiqəsi nəqliyyat vasitələri və digər məsələlərdə üstünlük sayılırdı”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, indi elə bir vəziyyət yaranıb ki, jurnalistlər həmin imtiyazlardan istifadə edə bilmirlər: “Məsələn, qonşu ölkə Türkiyədə uzun illərə söykənən təcrübələr mövcuddur. Oradakı mətbuat işçilərinin ümumi nəqliyyatdan istifadədə, akkreditasiya və erkən təqaüdə çıxmaq məsələlərində rahatlığı var”.

“Düşünürəm ki, Azərbaycanda da belə olsa yaxşıdır. Medianın təyin etdiyi reysterdən keçənlər üçün jurnalist vəsiqəsi verilir. Həmin vəsiqə sahibi olan jurnalistlər üçün müəyyən imtiyazlar mütləqdir. Həmin imtiyazların nələr olacağı isə müzakirə olunmalı və Azərbaycan reallığına uyğun tətbiq edilməlidir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə