Vətən torpağını ona halal etdi (Elegiya)

Dövlət rəsmilərinin və mətbuatın xəbər verdiyi kimi, şəhid zabitimiz Anar Novruzovla Masallıda çox möhtəşəm vida mərasimi oldu. Şəhid zabitimiz doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində torpağa tapşırıldı.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur olub. Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun zabiti, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1976- ci il təvəllüdlü mayor Anar Gülverdi oğlu Novruzov şəhid olub.

İyulun 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilib. Şəhidin cənazəsini böyük izdihamla qarşılayan Masallı rayon sakinləri yollara çıxaraq, igid zabitimizə ehtiramlarını bildirdilər. Şəhid hərbçi Anar Novruzov Masallı rayonunun Ərkivan qəsəbəsindəki qəbiristanlıqda Seyid Sadığın məqbərəsi yanında torpağa tapşırıldı.

Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, Cavanşır Paşazadə, Musa Qasımlı, İqbal Məmmədov, Razi Nurullayev, qəsəbə sakinləri, rayon ictimaiyyəti və KİV nümayəndələri, şəhidin doğmaları və hərbçi yoldaşları iştirak edirdi.

Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu vasitələri paylanıldı. Son mənzilə aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salırdı. Əsl ümumxalq, ordu birliyinin təntənəsinə, xalqımızın ölkə başçısı ətrafında daha sıx birləşməsinin ifadəsinə çevrilən bu möhtəşəm vida mərasimində vətənpərvərlik, qəhrəmanlıq şüarları səslənirdi. Bu birlik nümayişi ilə minlərlə masallılının ölkə başçısının əmri ilə işğal olunmuş torpaqlarımızın hər an azad etməyə hazır olduqları ifadə olunurdu.

Vida mərasimində çıxışına “Qisas andımızdır!” ifadəsi ilə başlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək bildirdi:

- Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Bu gün Masallı 178-ci şəhid övladını torpağa tapşırır. Düşmən təxribatının qarşısını alarkən həyatını itirmiş cəsur həmyerlimiz Anar Novruzov izdihamla, son mənzilə yola salınır. Uğrunda çoxlu canlar fəda edilən bu torpaq daha bir oğlunu qoynuna aldı. Vətən, torpaq sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Vətənpərvərliyin ən ali məqamına yetişdi Anar Novruzov. Bu qürurlu gündə gənclərimizi Anar kimi qəhrəmanlarımızdan nümunə götürməyə çağırıram. Sinəsini Ana Vətənimizə sipər edib məkrli düşmənə

layiqli cavab verən şəhid mayorumuz Anar Novruzov kimi Azərbaycan oğlanlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq!

Eşq olsun əbədiyaşar Azərbaycan əsgərinə!

Eşq olsun müzəffər Azərbaycan ordusuna!

Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov çıxışında torpağımızın Anar kimi oğulların qanı ilə Vətən olduğunu vurğuladı:

-Tarix boyu həmişə şərəfli qəhrəmanlıq tarixi ilə öyünməyə haqqı olan Masallı, tarixi qədim Ərkivan millət uğrunda can verdiyi torpağa tapşırılan igid övladına vida borcunu verməyə gəlib. Hər birimiz müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan, xalqın azadlığını hər şeydən uca tutaraq şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki bizlərdən ötrü canlarından keçən bu Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Belə övladlarımızla fəxr eləyə bilərik.

Masallının sayılıb-seçilən ziyalılarından olan Sucəddin Novruzov şəhid qardaşı ilə fəxr etdiyini bildirdi:

-Torpaqlarımızın bütövlüyü naminə şəhid olmaqdan çəkinməyən ürəkli bir gənc idi Anar. O, müqəddəs arzusuna çatdı. Qürurlanıram ki, Anar təkcə mənim deyil, hər bir soydaşımızın, Vətən övlaqdımızın qardaşına çevrildi.

Anar Novruzovun döyüşçü dostları şəhidə rəhmət dilədilər, əziz xatirəsinin daim qəlblərində yaşadacaqlarını bildirdilər, onlar vurğuladılar ki, “son damla qana qədər vuruşacaqlarına, şəhidlərimizin, Anarın qisasını alacaqlarına, tezliklə torpaqlarımızı geri qaytaracaqlarına söz verdilər”.

Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, hərbçilərimizin, xalqımızın Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini diqqətə çatdırdılar.

Ruhuna dualar oxunduqdan sonra şəhid mayorun nəşi uğrunda canından keçdiyi torpağa tapşırıldı.

Şəhid mayorun tabutuna bükülmüş müqəddəs Azərbaycan Bayrağı əbədi olaraq saxlamaq üçün 13 yaşlı oğlu Hihada təhvil verildi.

Qeyd edək ki, Anar Novruzov 2 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1993-cü ildə Cəfər Cabbarlı adına Ərkivan tam orta məktəbini, 1998-ci ildə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Həmin vaxtdan son günədək ən qaynar döyüş bölgələrində olub, həmişə də böyük ruh yüksəkliyi ilə Vətənə xidməti borcunu ödəyib.

Haqqın dərgahına qovuşan igid zabitimiz Anar Novruzov 25 il idi torpaqlarımızın keşiyində dayanırdı və bu Vətən onu son mənzilə şəhid adına layiq şəkildə yola saldı.

Ailəli idi, bir qız, bir oğlan övladı yadigar qaldı.

...Qəlbimizi dağa döndərən, riqqətə gətirən bu izdihamlı vida mərasimi sərhədlərimizin toxunulmazlığı üçün ayıq-sayıq dayanan bir əsgərin son yolçuluğu idi. Bu, Anar Gülverdi oğlu Novruzovun müqəddəs və şərəfli həyat yoludur. Müqəddəs yolun mübarək olsun igid zabitimiz Anar Gülverdioğlu! Onu bil ki, sənin kimi Ana Vətən, torpaq uğrunda şəhid olanlarımızın qisası heç vaxt yerdə qalmayacaq. Biz, xalq olaraq, tezliklə, milli birlik yaradıb, döyüşlə torpaqlarımızı

erməni gavurlarından azad edəcəyik. Axı 10 milyonluq xalq üçün bir utanc yeri ola bilər ki, 2,5 milyon erməni gavurlarının qarşısında duruş gətirib, öz torpaqlarını geri qaytara bilməsin. Çünki tarixlər boyu erməninin satqın, qorxaq olduğu bütün millətlər tərəfindən təsdiq olunub. Biz də bunu bilirik. Sadəcə biz, onların havadarlarından ehtiyat edirik. Artıq bəsdir! Bıqac sümiyə dirənib. Düşmənə layiqli cavab verməyin tam vaxtıdır. İşğal olunan torpaqlarımız, şəhid olan igidlərimizin ruhu bizi köməyə çağırır. Birləş, birləş Azərbaycan xalqı! Sən bir olanda daha güclü, daha möhtəşəm olacaqsan! Yetər! Kin-küdurəti bir kənara qoy birləş! Yoxsa ulularımızın ruhu da bizi bağışlamayacaq. Bağışlamayacaq!.. Əgər belə olmasa işğalda olan torpaqlarımız, şəhidlərimizin və ulularımızın ruhu bizi lənətləyəcək. Lənətləyəcək!..

Əlihüseyn ŞÜKÜROV,

Akif AĞAYEV.

F.Rəşad (foto)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...