Təbii amillərin iqlimə minimum təsiri ALİMLƏRDƏN MARAQLI FAKTLAR

Hidrometeoroloji Mərkəzin elmi direktoru, soyutma təbii fenomeni La-Ninanın (mərkəzi və ekvatorial Sakit okean boyunca dəniz səthindəki temperaturun geniş miqyaslı soyumasına verilən addır və bu, daha böyük və təbii olaraq meydana çıxan okean atmosfer fenomenidir ) 2020/21 mövsümündə qüvvədə olmasına baxmayaraq, planetdəki qlobal temperatur artımının səngimədiyini söyləyib. SİA xəbər verir ki, Hidrometeoroloji Mərkəzin elmi direktoru Roman Vilfand bu barədə RİA Novosti-yə danışıb.

Beynəlxalq İqlim üzrə ekspertlər qrupu, müşahidə edilən qlobal iqlim dəyişikliyinə və nisbətinə ən çox təsir edən antropogen amillərin olduğu qənaətindədir. Lakin elm adamları hələ də hansı təbii amillərin istiləşməni artırdığını, hansı təbii amillərin istiləşməni azaltdığını müşahidə etməyə davam edirlər.

"La-Nina sayəsində Sakit Okeanda suyun temperaturu normadan aşağı idi. Bu, bir sıra nəticələrə gətirib çıxardı. Bundan əlavə, şaquli cərəyanların gücü də azalıb.

Bu, qlobal istiləşməyə hər zaman güclü təsir göstərib, amma indi təsir göstərmir. Bu o deməkdir ki, indi təbii amillər qlobal temperaturu təyin edərkən antropogen amillərlə müqayisədə daha az çəkiyə malikdirlər. İstixana qazlarının artması təbii amillərin əhəmiyyətli dərəcədə təsir etməməsinə gətirib çıxarır və əvvəllər olduğu kimi, çox təsir etmir", deyə Vilfand bildirib.

Xatırladaq ki, La Nina fenomeni (La Nina, İspan dilindən tərcümədə "qız") tropik Sakit Okeanın mərkəzi və şərq hissəsində su səthinin temperaturunun anormal azalması ilə xarakterizə olunur. Bu proses, əksinə, eyni zonada istiləşmə ilə əlaqəli olan El Ninonun (El Nino, İspan dilindən tərcümədə "oğlan") əksidir, hansıki, bunlar bir-birini təxminən bir il fasilələrlə əvəz edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə