Portuqaliya Futbol Federasiyası futbolla məşğul olan 10 028 qadın qeydə alıb

Portuqaliya Futbol Federasiyası (FPF) qadın futbolu və mini futbolla məşğul olan 10 028 qadın qeydə alıb.

SİA xəbər verir ki, futbolda 6020, mini futbolda 4008 qadın futbolçu qeydə alınıb. Beləliklə, futbolda təmsil olunan qadınların sayı son on ildə, demək olar, iki dəfə artıb.

FPF-nin qadın futbolu üzrə direktoru Monik Xorxenin sözlərinə görə, Portuqaliyada indiyədək bu qədər futbol və mini futbol oynayan qadın olmayıb. Hazırda getdikcə daha çox klub bütün ölkə boyu qadınlardan ibarət komandalar yaratmağa maraq göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə