Hepatit zamanı qida rejimi və Hepatit xəstəliyinin - təbii müalicəsi
Qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır. Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər - viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s. Lakin səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır. Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir. Qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən məhsullardan ibarət olmalıdır:
- Tərəvəzli suplar, bitki yağları.
- Bişmiş və ya buğda hazırlanmış yağsız ət növləri – mal əti, dana əti, dovşan əti.
- Yağsız balıq növləri (bişmiş şəkildə).
- Süd məhsulları (yağsız kəsmik, kefir, asidofilin və s.).
- Sıyıqlar - qarabaşaq, düyü, yulaf yarması.
- Meyvə və tərəvəzlər (təzə, bişmiş) bu pəhrizin əsas "iştirakçıları" sayılır.
- Desert kimi şəkər, mürəbbə, bal.
Bütün qidalar yumşaq, yarıduru şəklində olmalıdır (blenderdə əzilmiş və ya sürtgəcdən keçirilmiş, ət – çəkilmiş vəziyyətdə). Qida gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq olmamalıdır.
"Hepatit" diaqnozu qoyulduqdan dərhal sonra xəstənin pəhrizindən ədviyyatlar (istiot, xardal və s.), sirkə, sarımsaq, marinada qoyulmuş və hisə verilmiş qidalar, qəhvə, şokolad çıxarılmalı, duzun qəbulu kəskin azaldılmalıdır. Bundan əlavə yağlı bulyonlar, yağlı ət növləri (qoyun, ördək, qaz əti), yağlı balıq, duza qoyulmuş tərəvəzlər, yumurtanın sarısı, kolbasa məmulatları, qöbələklər, ət konservləri, konfetlər, tort və pirojnalar, bulkalar, pirojkilər də qadağandır.
Hepatit xəstəliyi olan insanda iştahasızlıq və ürəkbulanması tez-tez olur. Lakin belə xəstə heç bir halda qidadan imtina etməməlidir ki, bu xəstəliyin gedişatına çox mənfi təsir edir.
Hepatit xəstəliyi olan insanlar avitaminozlardan əziyyət çəkir. Bu səbəbdən belə xəstələr vitaminlərlə zəngin olan qidalara üstünlük verməlidir. C vitaminin ən yaxşı mənbələri: itburnu, qara qarağat, qırmızı bibər, gül kələmi, brussel kələmi və s. Vacibliyinə görə ikinci yeri B qrup vitaminləri tutur. Onlar mübadilə proseslərində iştirak edir, qara ciyərin fəaliyyətinə kömək edir, immun və sinir sistemlərini möhkəmləndirir. Bu vitamin yarmalarda, pomidorlarda, süd məhsullarında daha çoxdur.
Fol turşusu qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Cəfəri, ispnaq, soğan, kahı bu vitaminlə zəngindirlər.
A vitamini güclü antioksidant sayılır. Bu vitamin kökdə, bibərdə, şaftalıda, ərikdə, brokkolidə, itburnuda çoxdur.
Düzgün qidalanmadan əlavə hepatit zamanı düzgün maye qəbulu da çox vacibdir. Digər əks göstərişlər olmadığı halda (bəzi ürək və böyrək xəstəlikləri və s.) gün ərzində 2 litrdən az olmayaraq maye qəbul olunmalıdır – təbii meyvə şirələri (dükanlarda satılan şirələri qəbul etmək məsləhət deyil!), çay (tünd olmamalıdır!), kisel, itburnu dəmləməsi.
Qaraciyər orqanizmin "qan fabriki" olduğu üçün onu daim soyuqdan, piylənmədən, zülallı qidalardan qorumaq lazımdır. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya - özünü bərpa - qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir. Bərpa dövründə qaraciyərin sağlam hüceyrələri sıradan çıxmış hüceyrələrin də yükünü öz üzərinə götürür. Hepatit B ilə yoluxan yaşlı insanların çoxunda infeksiya kəskin başlayır və əsasən tam sağalma ilə yekunlaşır. Amma yeni doğulmuş və uşaqlarda vəziyyət fərqlidir. Belə ki, doğuş zamanı və ya 1-5 yaş arasında HBV ilə yoluxmuş uşaqlarda xəstəlik xroniki xarakter alır. Xroniki infeksiya illər ərzində aşkarlanmadan keçə bilir. Belə hallarda yalnız ciddi qaraciyər xəstəliyi yaranan zaman aparılan müayinələr HBV müəyyən edir. Hepatit B elmə məlum olan 6 virus hepatitindən biridir.
Digər Hepatit növləri bunlardır: hepatit A, C, D, E və G. Bunlar bir-birindən törətdiyi xəstəliyin kəskinliyi və yayılma yolları ilə fərqlənirlər. Əlamətlər Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir. Bu əlamətlədən aşağıdakıları sadalamaq olar:
- İştahın itməsi;
- Ürəkbulanma və qusma;
- Ümumi zəiflik və yorğunluq;
- Qarında, xüsusilə də sağ qabırğaaltı nayihədə ağrılar;
- Sidiyin qara rəngdə olması;
- Dəri və gözün selikli qişasında saralma;
- Oynaqlarda ağrı;
Heç bir əlamət olmasa, belə Hepatit c ilə yoluxmusunuzsa, o sizin qaraciyərinizi zədələyə bilər Sizə hepatit C virusunun qaraciyərdən sağalması üçün təbii müalicə metodları təklif edirik.
1. Lavanda çiçəyi dəmlənilir yatmamışdan 30 dəqiqə öncə içilir. 1 ay davamlı edilməlidir.
2. Qarğıdalı saçağı
Boymadərən
Kasnı
Solmaz çiçəyi
Çobanyastığı
Dazotu
Hərəsindən 40 qr. götürülür 2 litr soyuq suda 12 saat saxlanılır, 5 dəqiqə odun üzərində qaynadılır, soyudulur, süzülür, soyuducuda saxlanmaq şərtilə gündə 4 dəfə 100ml (yarım st.) içilir. 1-si səhər acqarnına, digərləri yeməkdən 30 dəqiqə sonra içilir. Lakin bu dəmləmələri böyrək-öd daşı olanlar içə bilməz, mədəsində turşuluğu olanlar boymadərəni reseptdən çıxarsınlar. Bu müalicə zamanı pəhriz saxlanılsa, daha yaxşı olar (yağlı, qızartma olmaz). Pəhriz saxlanılmasa da, bu müalicənin arıqladıcı təsiri var. Bunlarla bərabər immunitetqaldırıcı vasitələr də içilməlidir: uzunsov balqabağın başı kəsilir, tumları təmizlənir, içinə 1st. xalis bal tökülür. 3-5 gün saxlanılır. Bal balqabağın suyu ilə qarışır, şüşə qaba süzülür, soyuducuda saxlanılır, gündə 3 dəfə 2x.q içilir. uşaqlara 3 dəfə 1 ç.q verilir.
Bunu bir neçə dəfə təkrar etmək lazımdır. sitrus meyvələr (portağal, limon, feyxua və s. ) sarımsaq, soğan, bal, tut doşabı gündəlik istifadə edilir.
DƏMLƏMƏLƏR: itburnu qızıl gül ləçəkləri (təzyiq salmaması üçün şirin içilir) levzey cövhəri, andız kökü. Hər biri 20 gün içilir. Yaxşı olar ki, gündəlik qara çayın əvəzinə dəmlənilib içilsin. Hər dəfə 1 stəkan çay süzüb içdikdə qara çayı nə qədər tökürsünüzsə, dəmləmələri də o qədər töküb üzərinə ağ tökəcəksiniz.
3. Solmaz çiçəyi, çobanyastığı, tozağacı tumu, dazotu yuyulur, qurudulur, üyüdülür 4-ü də eyni miqdarda qarışdırılır. Bu qarışıqdan 1 x.q götürülür 1litr qaynar suda dəmlənilir, soyudulur, səhər-axşam yem. 30dəq. qab.1st 1ç.q balla qarışdırılır içilir.
Bu qarışıq ildə yalnız 1 dəfə edilir. Bu dəmləməni qaraciyər problemindən əlavə öd, böyrək, mədə, bağırsaq xəstələri də içə bilər, qana gözəl təsir edir.
4. Qreçka təmizlənilir, yuyulur, qurudulur, üyüdülür 1:1 nisbətində balla qarışdırılır gündə 3 x.q. qəbul edilir.
5. Ağ, qırmızı çuğundur sarı, qara kök ağ, qara turp. Hərəsindən 1 kq götür, şirəsini çək 0.5 kq bala qarışdır. Gündə 3 d. yem. 30 dəq. əvvəlcə stakanın 1/4 hissəsi qədər, sonrakı günlər 100 ml-yə qədər artıraraq içilir. Soyuducuda saxlamaq lazımdır.
6. Limon, bal, zeytun yağı 1;1;1 nisbətinə qarışdırılır gündə 3d. 1x.q içilir.
7. 100 ədəd dəfnə yarpağı 2 litr suda yarısı qalana kimi qaynadılır, soyudulur üzərinə 100qr bal əlavə edilir, gündə 1x.q içilir.
8. Alaqanqal yarpağının - 1 st. şirəsi balqabaq şirəsi – 1 st şirin bibər şirəsi - 1st. ispanaq şirəsi - 1st bal - 0.5st qarışdırılır gündə 1x.q. içilir
9. Solmazçiçəyi - 100qr tozağacı tumurcuğu - 100qr kəcəvər kökü - 100qr kalendula - 100qr bağayarpağı - 100qr Qarışdırılır 2x.q 0.5st suda dəmlənilir . Gündə 3d. 150qr. içilir. 3 aydan bir təkrarlamaq olar. 6 ay davamlı müalicə götürülür sonra qan analizi keçin .
Bütün xəbərlər Facebook səhifəmizdə