Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 679 min nəfərə yaxın əhalisi olan General Santos şəhərindən 138 km şərqdə, zəlzələ ocağı 102 km dərinlikdə yerləşib. Dağıntı və xəsarət alan barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə