Dünyanın ən quraq səhrasına qar yağıb

Çilinin Atakama səhrası qar örtüyünə bürünüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qarlı səhranın videosu ALMA rəsədxanasının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Videonun şərhində rəsədxana işçiləri qarın yağmasından təəccüblərini ifadə edərək Atakamanın dünyanın ən quraq səhrası olduğunu vurğulayırlar. ALMA əməkdaşları nadir bir hadisənin şahidi olduqlarını bildirirlər.

Atakamada belə qar yağışı on ildə bir dəfədən çox olmayaraq baş verir. Bundan əvvəl, 2024-cü ildə BMT xəbərdarlıq etmişdi ki, qlobal temperatur 3 dərəcə Selsini keçərsə, Cənubi Avropa ölkələri genişmiqyaslı səhralaşma təhlükəsi ilə üzləşəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Skinin sözlərinə görə, bu region iqlim dəyişikliyinə xüsusilə həssasdır və vəziyyətin belə davam etməsi geridönməz ekoloji nəticələrə gətirib çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə