Bolnisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Arıxlı İcma Mərkəzi”ndə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub.

SİA xəbər verir ki, əvvəlcə mərkəzdə təhsil alan şagirdlər Azərbaycanın və Gürcüstanın dövlət himnlərini ifa ediblər. Şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Mərkəzin rəhbəri Çinarə Nəbiyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və Gürcüstan 1918-ci ilin may ayında, demək olar ki, eyni vaxtda ilk demokratik respublika qurublar. Ordu quruculuğu da demək olar ki, eyni vaxta təsadüf edir.

Onun sözlərinə görə, 107 illik tarixə malik olan Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində daha da inkişaf edib və möhkəmlənib: “Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək şanlı tarix yazıb”.

Sonra mərkəzin şagirdləri Azərbaycan Ordusuna və Azərbaycan əsgərinin şərəfinə yazılmış şeirlər söyləyib, mahnı və rəqslər ifa edib, səhnəciklər göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə