Çin şirkətlərinin iştirakı müzakirə edilib

Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin fəal iştirakının təmin edilməsi müzakirə edilib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Çinin Milli Enerji Administrasiyasının sədri Vanq Hongzhi ilə ikitərəfli enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində məhsuldar görüş keçirdik. Azərbaycanda bərpa olunan enerji|nin planlaşdırılması, istehsalı, avadanlıqlarla təchizatı, dənizdə külək enerjisindən istifadə və interkonnektorlar da daxil olmaqla enerji infrastrukturunun qurulması sahələrində Çin şirkətlərinin fəal iştirakının təmin edilməsinə dair fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə