Avropa İttifaqının ən ucuz ölkələrinin adı açıqlanıb

Ən bahalı Danimarka və Lüksemburqdur.

Rumıniya 2024-cü ildə ərzaq xərclərinə görə Avropa İttifaqının “ən ucuz” ölkəsi, Bolqarıstan isə bir sıra digər kateqoriyalar üzrə “ən ucuz” ölkə olub.

SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bu barədə məlumatı Eurostat-ın məlumatlarına istinadən milli statistika idarəsi yayıb.

“Qida və alkoqolsuz içkilər” kateqoriyasında 2024-cü ildə ən ucuz Avropa İttifaqı ölkəsi Rumıniya olub, ondan sonra Slovakiya və Polşa gəlir.

Eyni zamanda, bu mallar ən çox Lüksemburq və Danimarkada baha olub.

Bolqarıstan alkoqol və tütün məmulatlarının, geyim və ayaqqabıların, yanacaq və kommunal xidmətlərin dəyərinə görə “aşağı qiymət lideri” olmuşdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə