İngiltərənin Hull şəhərində limanda yanğın baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Albert Dock” limanında lövbər salmış gəmidə alovun söndürülməsi üzrə əməliyyata başlanıb. Hadisə yerinə dörd yanğınsöndürən maşın, bir hava platforması, Hull Sahil Mühafizəsi və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın yerli vaxtla saat 10:22-də qeydə alınıb.
Xidmətin sözçüsünün bildirdiyinə görə, yanğın metallom daşıyan gəminin yük anbarında başlayıb. Gəmidə insanlar olub, lakin onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib və hazırda heç bir itki qeydə alınmayıb. Ətraf ərazilərdə yaşayan sakinlərə və biznes sahiblərinə pəncərə və qapılarını bağlı saxlamaq tövsiyə olunub. Şəhər mərkəzi boyunca qalxan sıx tüstü müşahidə olunur, bəzi mağazalar və yollar müvəqqəti olaraq bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə