...Görün nə olub,.. yox, yaxşısı budur ki, oxuyun!?.
Deməli, Belarusdakı Qrodno Dövlət Tibb Universitetinin tələbəsi mağazadan bulka oğurlayarkən tutulub.
Demə bu, Rusiyadan gəlib Belarusda təhsil alan tələbənin ilk əməli deyilmiş.
Və ona görə də, Qrodno Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi bildirib ki, əcnəbi vətəninə deportasiya edilib. Deməli, rus universitetdə təhsil almaq üçün 2023-cü ilin avqustunda Qrodnoya gəlib. Akademik uğursuzluğa görə birinci kursdan xaric edilib və özünə iş taparaq işləyib.
Bundan sonra o, iki xırda oğurluq edib: mağazadan çörək oğurlayıb və cibində qiymə aparmağa cəhd edib.
Həmçinin onun pozuntular siyahısında biletsiz səyahət də var.
...Deyilənlərə görə, onun qovulması məsələsi tibb universitetində açıq müzakirə olunub, xarici tələbələr də dəvət olunub.
Daxili İşlər İdarəsi qeyd edib ki, bu, təhlükəsizlik qüvvələrinin “Qeyri-qanuni” əməliyyatının bir hissəsidir. Universitet rəhbərliyi oğlanı nəzakətli, səliqəli və sakit adam kimi xarakterizə edir; ondan heç bir şikayət olmayıb, təhsil haqqını da vaxtında ödəyib. Eyni zamanda, təhsil baxımından o, özünü “aşağı iş və icra intizamı, eləcə də orta akademik göstəriciləri olan” bir tələbə kimi göstərib...
Amma nə olsun ki,..əl öyrəşibsə...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə