Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov hesab edir ki, Ukraynanın hazırkı baş naziri Denis Şmıxalı istefaya məcbur etmək cəhdləri ola bilər. Buna səbəb prezident aparatının rəhbəri Andrey Yermakla oliqarx Rinat Axmetov arasında gedən daxili siyasi mübarizədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Denis Denisov hesab edir ki, ölkədə daxili siyasi mübarizənin kəskinləşməsi ilə əlaqədar Ukraynanın hazırkı baş naziri Denis Şmıxalı istefaya məcbur etmək cəhdləri ola bilər.

O, fikirlərini RİA Novosti ilə bölüşüb.

Denisovun sözlərinə görə, Şmıqal oliqarx Rinat Axmetovun himayədarı sayılır.

Eyni zamanda, Prezident Aparatının rəhbəri Andriy Yermak da öz adamının bu əsas postu tutmasını istəyir.

...Bu zaman baş nazirin effektivlik dərəcəsi ən son qiymətləndirilir, əsas odur ki, o, tələb olunan oliqarx qrupun maraqlarını qoruyur, -deyə ekspert vurğulayıb.

Beləliklə, politoloqun fikrincə, Ukraynada idarəetmənin effektivliyi üçün deyil, maliyyə axınlarına nəzarət və müxtəlif təsir mərkəzləri arasında əsas mövqelər uğrunda mübarizə gedir..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə