Ermənistanda hazırkı hakimiyyət üçün siyasi revanşistlərdən qat-qat təhlükəli sayılan erməni Qriqoryan kilsəsi artıq bitiş dövrünə daxil olur. Hakimiyyətə gəldiyi ilk gündən kilsədəkilərlə kəskin münaqişələr yaşayan, günü bu gün amansız düşmənə çevrilən N.Paşinyan, hazırda önündəki əsas maneəni tamamilə "təmizləməkdə" israrlıdır.
Uzun on illiklərdir ki, erməni kilsəsini öz maraqları üçün "qalxana" çevirmiş Katolikos II Qaragin hazırda erməni siyasəti üçün mərkəzi rol halına gəlib. İndi İrəvandakı revanşistlərin də, xaricdəki erməni diasporunun və faşist “Daşnakstyun” rəhbərlərinin də tək ümidi bu qoca Qaragindir. Robert Koçaryan və Serj Sarkisyan kimi siyasi tullantılardan əlini üzən güc mərkəzləri, qoca Qaragendən ikiəlli yapışıblar. Bu gün N.Paşinyana qarşı müharibə elan edən bu qoca kilsə “dindarı” hazırkı erməni hakimiyyətini devirmək üçün əllərini çırmalayıb işə girişib. Diqqət edin, daima S.Sarkisyan və R. Koçaryan hakimiyyəti ilə mehriban davranan Qaragin, hazırda aktiv siyasətə qoşularaq N.Paşinyan üçün əsl başağrısına çevrilib. II Qaraginin hazırkı hakimiyyəti “sındırmaq” üçün hərəkətə keçməsi o deməkdir ki, Ermənistanda siyasi partlayış çox yaxındadır. Nəzərə alsaq ki, gələn il bu ölkədə parlament seçkiləri keçiriləcək, o zaman İrəvandakı siyasi partlayışlar üçün çox da gözləmək lazım gəlməyəcək.
II Qaraginlə bu mübarizə həm də N.Paşinyan üçün də kritik və olum-qalım mənasına çevrilib. Çünki kilsənin hegemonluğuna birdəfəlik son qoyacağı təqdirdə N.Paşinyanın uzun illər Ermənistanda hakimiyyətdə qalmaq şansı yaranacaq. Bu, həm də onun düşmənləri üzərində psixoloji və ictimai qələbəsi demək olacaq. Təkcə bir faktı nəzərdən qaçırmaq olmaz ki, uzun onilliklərdir ki, erməni cəmiyyəti üzərində ideoloji-psixoloji hegemonluğu olan kilsənin bu cür rəzil sonluqla məhv edilməsi N.Paşinyanın erməni düşüncə tərzi üzərindəki təsirini də birə min qat artıracaq. Bütün bu nəticələr isə qarşıdakı seçkilərdə hazırkı hakimiyyət komandasının qələbəsi üçün onurğa sütunu deməkdir.
Amma bunun tam əksi baş verərsə, şəxsən Katolikos II Qaragini məğlub edə bilməyəcəyi təqdirdə N.Paşinyanın hakimiyyəti üçün böyük təhlükə yaranacaq. N.Paşinyanın daha çox Rusiyadan idarə olunduğu deyilən II Qaraginin “qələmini sındırmaq” üçün Moskvadan razılıq alıb-almadığı qarşıdakı müddətdə aydın şəkildə ortaya çıxacaq. Lakin erməni baş nazirin təkcə son iki gün ərzindəki hədələyici bəyanatları, xüsusilə II Qaraginin bir sıra dəhşətli sirlərini tapıb ortaya çıxarması, onun dini qaydalara görə subay olmalı olduğu halda hansısa qadınla evlilik yaşadığı və övladının olması barədəki faktları erməni cəmiyyətinə ötürməsi o deməkdir ki, N.Paşinyan dini mərkəzdən daha çox agentura ocağına çevrilmiş bu başıbəlalı kilsəni və onun qoca rəhbərini birdəfəlik ictimai həyatdan silməkdə israrlıdır. Erməni baş nazirin son bir ayda dəfələrlə Moskvaya səfər etməsi və çox güman ki, məhz bu məsələyə görə şəxsən Vladimir Putindən “xeyir-dua” alması faktı da onun II Qaragini birdəfəlik “bitirməsi” işində mühüm rol oynayır. Çünki onilliklərdir ki, birbaşa Kremlin daima nəzarətində olan bu mərkəzin N.Paşinyana qurban verilməsi sıradan hadisə sayılmamalıdır. Əgər hər şey N.Paşinyanın istədiyi kimi baş verərsə, o zaman başda S.Sarkisyan və R.Koçaryan olmaqla revanşistlərin tarixi tullantı olmaqdan başqa əlacları qalmayacaq. Təbii ki, əgər bu baş verərsə. Beləliklə, Ermənistan “iki qoçun döyüşünə” şahidlik edəcək. Zaman Ermənistanı hansı tərəfə sürükləyəcək? – bu sualı da elə zamanın özü cavablandıracaq...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə