Ərəbistan səhrası vaxtilə sulu bitki örtüyü ilə örtülü olub..?

…Beynəlxalq alimlər qrupu Ərəbistan yarımadasındakı mağara formasiyalarının mineral tərkibi ilə bağlı araşdırma aparıb və belə nəticəyə gəlib ki, son 8 milyon il ərzində regionda iqlim dəfələrlə dəyişib, daha rütubətli olub.

Bu dövrlərdə su anbarları yaranıb, meşələr genişlənib.

Alimlərin qənaəti paleontoloji tapıntılarla təsdiqlənir - həyatları su ilə ayrılmaz şəkildə bağlı olan timsahların və begemotların daşlaşmış qalıqları…

Tədqiqatçıların fikrincə, “yaşıl” Ərəbistan müxtəlif növ məməlilərin Afrika və Avrasiya qitələri arasında miqrasiyası üçün mühüm dəhliz rolunu oynayıb.

SİA-nın məlumatına görə, bu barədə nəticələr “Nature” elmi jurnalında dərc olunub.

Bu gün Ərəbistan səhrası Afrika və Avrasiyanın faunasını ayıran dünyanın ən quraq yerlərindən biridir. Əvvəlki işlər göstərirdi ki, burada quraq iqlim ən azı 11 milyon il əvvəl yaranıb. Lakin pleystosen dövrünə aid fosil tapıntıları (2,5 milyon - 11,7 min il əvvəl) Ərəbistanda vaxtilə nəm sevən heyvanların yaşadığını göstərir.

Pleistosen dövründə Ərəbistanın iqlim şəraitini öyrənmək üçün elm adamları speleotemləri - stalaktitlər və stalaqmitlər kimi mağaralardakı mineral yataqları təhlil ediblər.

Məlum olub ki, son 8 milyon il ərzində bölgədə çayların və göllərin görünüşü ilə müşayiət olunan yüksək rütubətli dövrlər yaşanıb.

Bu "yaşıl" fazalar Afrika və Avrasiya arasında məməlilərin miqrasiyasına imkan verəcək qədər uzun idi.

Bunu səhrada tapılan timsahların, begemotların və digər iri məməlilərin fosilləri də təsdiqləyir. Şimal yarımkürəsində buzlaşma artdıqca, yaş dövrlər qısalır və daha az olur.

Mussonların zəifləməsi bölgənin tədricən qurumasına səbəb oldu.

…Tədqiqatın nəticələri Pleistosen dövründə məməlilərin və hominidlərin miqrasiyasında Ərəbistanın roluna dair yeni fikirlər təqdim edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə