Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq Xızı rayonunda vətəndaşların səyyar görüşü keçirilib. AMB-dən SİA-ya bildirilib ki, vətəndaşların müraciətləri əsasən kredit istəyi və kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərə güzəştlərin tətbiqi, fəaliyyəti dayandırılmış filialın yenidən bərpası ilə bağlı təklif və sorğular ilə bağlı olub.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə fərdi qaydada baxılıb və qanunvericiliyə uyğun atıla biləcək addımlar onlara izah olunub.
Vətəndaşlar səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB