…“Climate Central”-ın alimləri iqlim dəyişikliyi ilə bağlı araşdırma apararaq şokolad sənayesinin ciddi təhlükə ilə üzləşə biləcəyini müəyyən ediblər.
SİA-nın məlumatına görə, kakao paxlasının əsas tədarükçüləri Afrikanın Kot-d'İvuar dövlətləri və Qanadır. Qlobal iqlim dəyişikliyi orada və şokolad istehsalı üçün xammal təmin edən digər ölkələrdə həftələrlə həddindən artıq istilər gətirir.
Mütəxəssislər 44 regionda iqlim dəyişikliyi ilə bağlı məlumatları təhlil ediblər. Alimlər müəyyən ediblər ki, 10 il ərzində havanın temperaturu Selsi üzrə 32 dərəcəni keçdiyi günlərin sayı üç həftə artıb.
Anormal istilər kakaonun qiymətinin artmasına və həmçinin bitki xəstəliklərinə səbəb olub.
Alimlərin fikrincə, sənaye tezliklə daha böyük böhranla üzləşəcək.
Ola bilsin ki, gələcəyin sonrakı insanları bu şirinliyi dadmasınlar..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə