"Ənənəmizə uyğun olaraq yenə də 25 ictimai-siyasi proqnozlarla qarşınızdayıq". Bu sözləri SİA-ya açıqlamasında astroloq Səbuhi Rəhimli deyib.
O, həmin proqnozları təqdim edib:
1) İlk 3 ayda devalvasiya olmasa ilin qalan vaxtlarında bu baş verməyəcək.
2) Fevraldan etibarən ölkəmizdə siyasi aktivlik başlayacaq.
3) Varlanmaq, yəni böyük mənsəb uğrunda məmuriyyətimiz arasında inhisarçılıq və daha çox sərvət toplamaq uğrunda böyük rəqabət, ölüm-dirim savaşı olacaq.
4) Ermənistan-Azərbaycan arasında müharibə olmayacaq. Belə tez-tez deyirlər, hətta cənab Prezidentin Yeni İl çıxışında da deyildi ki, çoxlu silah alırlar. Biz də ona qarşılıq alırıq. Amma söhbət 2025-dən gedir.
5) Ermənistanla Azərbaycan arasında hər hansı müharibə olmayacaq.
6) Neçə dəfə hesabladım, Zəngəzur dəhlizinin açılması nəticədə göstərmədi. Ona görə də 2025-ci ildə belə bir qənaət sərgiləyək ki, Zəngəzur dəhlizi açılmayacaq. Amma sülh müqaviləsinin ilin 2-ci yarısında ehtimalı çox böyükdür. Sülh müqaviləsi ilin 1-ci yarısında alınmayacaq.
7) Mart-İyun aralığı Azərbaycan hakimiyyəti üçün çətin bir dönəm olacaq. Martdan oyuna qədər hazırkı iqtidarı sınaqlar, çətinliklər gözləyir.
8) Həbsdə olan media nümayəndələrinin əksəriyyəti azadlığa buraxılacaq.
9) Ölkəmizdə bahalaşma qaçılmaz olacaq. Dollarla bağlı bir proqnozumuz da odur ki, devalvasiyanın ilk 3 ayda ehtimalı böyükdür, sonrakı müddətdə yoxdur.
10) Azərbaycanla Rusiya arasında gərginlik aradan qalxacaq. Ola bilər ki, hətta yanvarın sonlarında bu baş versin. Hazırkı təyyarə qəzası ilə bağlı gərginlik aradan qalxacaq.
11) İranla isə hələ davam edəcək. İranla bağlı gərginliklər hələ uzun sürəcək. Aprelə qədər qarşılıqlı ittihamlar filan var. Amma İranın Azərbaycana müdaxiləsi və s. bunlar olmayacaq. Azərbaycanla İran arasında hərbi qarşıdurma olmayacaq.
12) Dünya son 8 ilin ən böyük iqtisadi krizisini yaşayacaq.
13) İlin ilk yarısı İranda tarixi olaylar yaşanacaq.
14) Fevralın 18-nə qədər alınmasa, Gürcüstanda hakimiyyət dəyişməyəcək.
15) Nikol Paşinyan da hakimiyyətdə qalacaq.
16) İrana qarşı hər hansı müharibə aparılmayacaq.
17) Çinə qarşı hər hansı hərbi müdaxilə yoxdur.
18) Türkiyə və İsrail arasında gərginlik hərbi müstəviyə keçməyəcək.
19) Uzun illər sabit qalan Türkmənistanda daxili gərginlik ehtimalı var.
20) Rusiya-Ukrayna müharibəsi ilin ikinci yarısına keçməyəcək. Bitmə vaxtını demək çox çətindir.
21) Zelenskinin ən azı oktyabra qədər hakimiyyətdə qalması göstərilir.
22) 20-dən çox ölkədə hakimiyyətlər dəyişəcək.
23) İlin ilk rübü Putin üçün çox çətin keçəcək. Amma hakimiyyətdə də çatlar yaranacaq. Lakin hakimiyyətdən getmə ehtimalı Putində də yoxdur.
24) Suriyada elə bir qlobal müharibə yoxdur. Yəni, böyük müharibə olmayacaq.
25) 2025-də böyük insan itkisinə səbəb ola biləcək təbii fəlakətlər olmayacaq, yaxud minimuma enəcək.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə