Pələng kəndi gəzməyə gəlib...

Primoryedə “kəndə gəzməyə gələn” pələngin görüntüləri yayılıb..?

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq materialı “Rossiyskaya qazeta” yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın Andreevka kəndindəki kameralar yırtıcı heyvanın yaşayış binaları arasında gəzdiyini qeydə alıb.

Yayılan videoda dördayaqlı heyvanın yoldan keçən avtomobillərə qarşı ehtiyatlı davranaraq küçələrdə necə sərbəst gəzdiyi görünür.

...Videoda gənc pələng göstərilir. Ovçuluq nəzarəti şöbəsi vəziyyəti araşdırır və çıxışın səbəblərini müəyyənləşdirəcəklər. Hazırda pələng tranzitdən keçib, heç bir heyvan itkin düşməyib, - deyə Amur Pələng Mərkəzinin baş direktoru Sergey Aramilev bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə