İmmunoloq Nikolay Kryuçkov “İzvestiya” qəzetinə müsahibəsində Omikron ştammının yeni yarımnövünün əvvəlkilərdən daha yoluxucu olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
“Kentavr” adı verilən BA.2.75 may ayında aşkar edilib. Həkimlər Avropa və Hindistanda ona çoxlu yoluxma hallarını qeyd edirlər.
Nikolay Kryuçkov tədqiqatçıların hələ yeni alt növün yoluxuculuğu ilə bağlı statistik məlumat toplamayıblar. Bir çox alimlər inanmağa meyllidirlər ki, əgər BA.5 yarımnövü BA.2-dən daha patogendirsə, onda BA.2.75 də sələflərindən daha yoluxucudur.
İmmunoloq, koronavirus mutasiyaya davam etdiyinin xəbərdarlığını edib. Bununla belə immunitetdən yan keçmək üçün yeni üsullar axtarılır. O hesab edir ki, yaxın aylarda virusun yeni variantı yarana bilər.
Yeri gəlmişkən viroloq Pyotr Çumakov bir müddət bundan əvvəl kentavrın kifayət qədər sürətlə yayılması mümkünlüyü barədə danıçmçıdı. Onun sözlərinə görə, yarımnövün təhlükəsi barədə danışmaq isə hələ ki, tezdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB