"Son bir neçə həftə ərzində dünyada uşaqlar arasında mənşəyi məlum olmayan ağır hepatit virusuna 200-dən çox yoluxma halı qeydə alınıb, üstəlik bu Böyük Britaniya, İspaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə baş verib". Bu sözləri SİA-ya açıqlamasında Həkim-infeksionist Xatirə Əliyeva deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı hepatit virusunun nə olduğunu və uşaqları ondan necə qorumaq barədə məlumat yayıb: "Bu, kəskin qaraciyər iltihabı ilə bağlı termindir. Kəskin hepatit virusuna həm infeksiya, həm də infeksiya ilə bağlı olmayan amillər səbəb ola bilər. Kəskin hepatit virusunun üç əsas növü mövcuddur: hepatit A, B və C. D və E hepatit viruslarına daha az rast gəlinir. Ağır kəskin hepatit azyaşlı uşaqlar arasında nadir hallarda müşahidə olunur.
5 aprel 2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Şotlandiyada 10 yaşdan aşağı olan uşaqlar arasında səbəbi məlum olmayan kəskin hepatit haqqında məlumat vermişdi. 8 apreldə isə Birlləşmiş Krallıqda 74 nəfərdə naməlum kəskin hepatit xəstəliyinin simptompları müşahidə olundu. Bir ay müddətində aparılan tədiqatlar göstərib ki, xəstələrin sayı durmadan artmaqdadır. Labarotor müayinələrə əsasən bu xəstələrdə hepatit A, B, C, D, E virusları aşkar olunmayıb. Son zamanlarda “agena” adlı virus infeksiyasının aktivliyi artıb. Bu infeksiya inkişaf mexanizmi aydın olmayn kəskin ağır respirator koronovirus sindromu ilə bir yerdə təsadüf olunur. Bəzi hallarda SARS-CoV-2 virusuna yoluxma halı aşkar edilib. Eyni zamanda, hepatitin qeydə alındığı ölkələrin bir çoxunda COVID-19-un geniş yayılması müşahidə olunur və indiki klinik mənzərədə SARS-CoV-2 virusunun potensial rolu aydın deyil".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB