Azərbaycanda son sutkada 1 935 nəfər vaksinasiya olunub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 395, ikinci doza vaksinlərin sayı 142-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1220-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 787 674 təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB