Sümük sağlamlığı və osteoporoz

Osteoporoz və sağlam oynaqların qorunması üçün məsləhətlər... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sümük əriməsi olaraq da bilinən Osteoporozun digər bir mənası da süngərimsi və ya gözənəkli sümükdür. Xəstəlik nəticəsində sümüklərin içərisində boşluqlar yaranır və bu gözənəklər sümüyün daxili quruluşunu zəiflədir və nəticədə sümüyü qırılmağa və çatlamağa meyilli hala gətirir. Osteoporoz daha çox sümük çatlağı və sınığı müayinələrində ortaya çıxır. Osteoporozun ən çox görüldüyü nahiyələr isə əl biləkləri, onurğa və çanaq sümüyüdür. Bu xəstəliyə tutulma riski yaşla əlaqədar artım göstərsə də təbii üsullar və bəzi qidaların qəbulu ilə qarşısını almaq mümkündür.

Osteoporoz və sağlam oynaqların qorunması üçün istehlakı məsləhət olunan qidalar:

• Sarımsaq: Gündə bir diş sarımsaq yemək osteoporoz və osteoartrit riskini azaldır.

• Alma: Gündə bir alma yemək osteoporozu nəzarət altında saxlaya bilər.

• Rozmarin: Rozmarin müntəzəm istifadə edildikdə sümükləri güclənir. Salatlara və ədviyyat kimi yeməklərə əlavə edərək istehlak etmək və ya çayını dəmləyib içmək məsləhətdir.

• Kokos yağı: Kokos yağı osteoporoza yaxşı gələn qidalar arasındadır. Gündə 1 xörək qaşığı kokos yağı istehlakı osteoporozun qarşısını alır.

• Ananas: Ananas manqan baxımından zəngindir. Bu səbəbdən osteoporozun qarşısını almaq üçün müntəzəm istehlak edilməlidir.

• Cəfəri: Cəfəri sümük sağlamlığı üçün vacib bir qida maddəsi olan vitamin K ilə zəngindir. Tədqiqatlar göstərib ki, vitamin K baxımından zəngin qidaların istehlakı sınıq riskini azaldır.

•Adaçayı: Adaçayı vitamin K baxımından zəngin olduğu üçün sümüklərin incəlməsinin qarşısını alır.

•Kəklikotu: Kəklikotu yağının sümük əriməsinə qarşı rozmarin yağından daha qoruyucu təsirə malik olduğu bilindiyi üçün istifadəsi tövsiyə olunur.

•Şüyüd: Sümüklərin inkişafına və qidalanmasına, ağrıların azalmasına kömək etdiyi bilinən şüyüd eyni vaxtda iltihabı azaldan, yəni antiinflamatuar xüsusiyyətə malikdir.

•Aruqula: Aruqula kalsium və vitamin K başda olmaqla sümük sağlamlığı üçün faydalı olan vitaminlərin mənbəyidir.

•Soğan: Soğandakı kükürd birləşmələri sümükdəki kollageni gücləndiririr. Müntəzəm istehlak edildikdə sümüklər güclənir və omba sınığı riski azalır.

• Gavalı: Gavalı sümükləri gücləndirir və mineral çatışmazlığını azaldır.

• Gavalı qaxı: Gavalı qaxı sümük və əzələ kütləsini artırır. Bu səbəbdən gün ərzində gavalı istehlak etmək məsləhətdir. Hər gün gavalı qaxı yemək osteoporozun qarşısını alır.

• Süd: Süd kalsium mənbəyidir. Bu səbəbdən körpəlikdən etibarən sümük sağlamlığını qoruyan süd müntəzəm istehlak edildikdə osteoporoz riski azalır.

• Badam: Badam yüksək miqdarda kalsium ehtiva etdiyi üçün südlə birlikdə istehlakı sümük sağlamlığı üçün faydaylıdır.

• Razyana: Razyananın tərkibindəki vitamin və minerallər sümük quruluşunun və möhkəmliyinin qorunmasına kömək edər.

• Qatıq: Sümükləri möhkəmləşdirən qatıq eyni vaxtda həzm sistemini də qorur. Daha möhkəm sümüklərə sahib olmaq üçün hər gün bir kasa qatıq istehlak edilməlidir.

• Limon: Sümük sağlamlığını qorumaq üçün limonlu su, limon suyu əlavə edilmiş salat və evdə hazırlanmış şəkərsiz limonada istehlakına üstünlük verilməlidir.

• Balıq: Omeqa 3 ehtiva edən balıq istehlakı ürək sağlamlığı başda olmaqla sümük sağlamlığını da qorur.

• İspanaq: Əzələ və sümük əmələ gəlməsinə töhfə verən ispanaq osteoporozun düşmənidir.

• Keşniş toxumu: Keşniş toxumu dəmir, maqnezium, kalsium və kalium baxımından zəngin olduğu üçün osteoporozun qarşısını alır. Gündə 2 qaşıq keşniş toxumunun bir stəkan suda qaynadılıb soyuduqdan sonra içilməsi məsləhətdir.

• Brokkoli: Brokkolini az suda qaynadıb istehlak etmək osteoporozun qarşısını alır.

• Kətan toxumu: Kətan toxumu və yağı sümükləri möhkəmləndirir.

• Qatırquyruğu bitkisi: Sümük əriməsi xəstəliyinə yeni tutulanların gün ərzində bir stəkan qatırquyruğu çayı içmələri məsləhətdir. Müntəzəm istehlak edildikdə osteoporozun qarşısı alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə