Beynəlxalq alimlər qrupu siçanları yüksək yağlı qida ilə qidalandırmaq və idrak qabiliyyətinin zəifləməsi, eləcə də davranış pozğunluqları arasında aydın əlaqə qurub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Metabolic Brain Disease” jurnalında dərc olunan məqalədə deyilir.
Təcrübə zamanı gəmiricilər 30 həftə ərzində yağlı qidalarla qidalanıb. Qida qəbulu, bədən çəkisi, və qlükoza səviyyələri, qlükoza və insulin tolerantlığı və koqnitiv disfunksiya testləri ilə birlikdə müxtəlif intervallarla ölçülüb. Qidalanma şəkərli diabetə və sonrakı idrak qabiliyyətinin azalmasına, həmçinin narahatlıq, depressiyanın inkişafına və Alzheimer simptomlarının pisləşməsinə səbəb olub.
Neyrodegenerativ pozğunluğun inkişafına meylli olan genetik mühəndislik əsasında hazırlanmış siçanlar yüksək yağlı qida ilə qidalandıqda beyində əhəmiyyətli koqnitiv geriləmə və patoloji dəyişikliklər göstərib. İdrak qabiliyyəti zəif olan siçanlar da beyin dəyişikliklərinin səbəb olduğu zəif metabolizmə görə artıq çəkiyə meylli olublar.
Belə ki, piylənmə və şəkərli diabet mərkəzi sinir sisteminin fəaliyyətini pozur, psixi pozğunluqları və idrak qabiliyyətinin azalmasına səbəb olur. Mütəxəssislərin fikrincə, tədqiqat 2050-ci ilə qədər 100 milyon xəstəliyə çatacağı proqnozlaşdırılan xroniki piylənmə və şəkərli diabeti Alzheimer xəstəliyi ilə əlaqələndirən artan sübutlar toplusunu əlavə edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB