İsti havalarda iştahsızlığın səbəbi...

Bu dəfə isti yay havasında iştahsızlığın səbəbini “Sputnik” radiosuna müsahibəsində dietoloq Mixail Ginzburq deyib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, həkimin sözlərinə görə, insanın bədən istiliyi onun yemək davranışına nəzarət edən amillərdən biridir. Ona görə də isti mövsümdə iştah azala bilər və bunda kritik heç nə yoxdur. “Bədən istiliyimiz aclıq və ya toxluq siqnallarından biridir. Yemək yediyimiz zaman enerjinin bir hissəsi istilik şəklində sərbəst buraxılır və bu, bizə yeməyi dayandırmağın vaxtı olduğuna dair bir siqnal kimi xidmət edir. Bədən istiliyimiz aşağı düşübsə, bu, yeməyə başlamaq üçün bir siqnaldır, yəni enerji lazımdır. İstilik, təbii ki, insanlarda istilik əmələ gəlməsinə təsir göstərir, ona görə də sadə mexanizmdir ki, isti havada az, soyuq havada isə daha çox yeyirik”.

Ginzburq əlavə edib ki, istilərin getməsi ilə iştahını qaytarmayanlar həkimə müraciət etməli və bədənlərini müayinə etdirməlidirlər. “Belə olan halda iştahsızlıq hansısa xəstəliyin əlaməti ola bilər. İştahsızlıq, zəiflik, halsızlıq, ağrı ilə müşayiət olunan xəstəliklər üçün də xarakterikdir”. Bunu da diyetoloq deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə