Yayın istisində iştahsızlığın üstünlüklərini “Sputnik” radiosuna müsahibəsində dietoloq Mixail Ginzburq sadalayıb. Onun sözlərinə görə, bu, “mövsümi detoks, bərpa anı” ola bilər.

“...Hesab olunur ki, bir müddət ərzində kalorilərin azaldılması orqanizmi cavanlaşdırır, hüceyrələri təmizləyir. Bu fenomenə autofagiya adı verilmişdir. Belə ki, məhdud qidalanma ilə cavanlaşma anı gəlir, bir çoxları bunu hiss edir, məsələn, onlarda təzyiqləri azalır”. –deyə Ginzburq bildirir.

Dietoloq, isti havalarda özünüzü çox yeməyə məcbur etməməyi, bol su və şəkərsiz içkilər içməyi, pəhrizə tərəvəz və göyərti daxil etməyi tövsiyə edib.

...Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl Piroqov adına Birinci Şəhər Xəstəxanasının baş həkimi, kardioloq Aleksey Svet istidə orqanizmi qorumağın yollarını açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə