COVID-19-un yeni dalğası barədə xəbərdarlıq

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Telegram” kanalında omikron ştammının yeni alt növlərinin yayılma vaxtını açıqlayıb. Onun fikrincə, bu, yaxın aylarda baş verəcək.

SİA bu barədə rus saytlarına istinad edir.

Həkimin dediyinə görə, (Alt növ) BA.4 və BA.5 dünyada dominant olur. Hazlırda onlar sürətlə yayılır deyə, payızda epidemiyanın baş verəcəyi gözlənilir.

Myasnikov vurğulayıb ki, əvvəllər köçürülmüş COVID-19-a qarşı peyvənd və antikorlar yeni dalğada xəstəlikdən xilas olmayacaq. Ancaq məlumdur ki, yeni variasiyada xəstəlik, bir qayda olaraq, asanlıqla inkişaf edir, simptomlar adi kəskin respirator xəstəliyinə bənzəyir.

Buna baxmayaraq, risk altında olan insanlar yeni omikron variantlarına dözməkdə çətinlik çəkə bilərlər. Qeyd edim ki, həkim yaşlı və zəifləmiş insanlarl nəzərdə tutur. Myasnikov qeyd edib ki, onlara hələ də peyvənd lazımdır.

Qeyd edək ki, bir müddət bundan əvvəl immunoloq Nikolay Kryuçkov COVID-19-un yeni dalğası barədə xəbərdarlıq etmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə