"İcbari Tibbi Sığortanın təşkili və fəaliyyəti yüksək səviyyədədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün İcbari Tibbi Sığortanın təşkili və fəaliyyəti yüksək səviyyədədir. Bu fəaliyyət təkcə paytaxt Bakıda deyil, həm də regionlarda həyata keçirilir. Bunu əhalinin məmnunluğu sübut edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu sahədə hələ də bəzi çatışmazlıqlar müşahidə edilir: "Bu da sistemin getdikcə təkmilləşməsi nəticəsində aradan qalxacaq. Əsas odur ki, İcbari Tibbi Sığorta zərfinə aid olan xəstəliklərin sayı getdikcə artır. İnsanlar pulsuz müalicə və əməliyyat olunur".

Kamilə Əliyeva sözlərinə belə davam edib: "Bir neçə gün bundan öncə mədəniyyət paytaxtımız olan Şuşa şəhərində Səhiyyə və Sosial Siyasət komitələrinin birgə iclası keçirildi. Bu iclasda ölkədə İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar müzakirə edildi.

Orada mən də çıxış etdim. İclasda İcbari Tibbi Sığortanın sədri Zaur Əliyev və TƏBİB rəhbərliyi iştirak edirdi. İclasda bu sahədə olan çatışmazlıqlar haqqında fikirlərimizi bölüşdük.

Güman edirəm ki, getdikcə bu sistem daha da inişaf edəcək və hansısa bir nöqsan varsa, bunlar da aradan qaldırılacaq. Bir daha onu qeyd edim ki, bu gün İcbari Tibbi Sığorta Respublikamızda çox yüksək səviyyədə təşkil olunub və insanlar da bundan çox yaxşı yararlanırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...