Hörmətli İzləyicilər, bizi CANLI YAYIMda izləyin! - uzman uroloq Bəhruz Xalıqov

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, yüksəkixtisaslı uzman uroloq Bəhruz Xalıqov 13 iyul 2022-ci il tarixində saat 11.00-da “Böyrək xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!

Dr. Bəhruz Xalıqov 2019-cu ildən uzman uroloq, cərrah kimi Mərkəzi Gömrük Hospitalında endoskopik və açıq böyrək, sidik axarı, sidik kisəsi daşları, müxtəlif xəstəliklərlə bağlı laparoskopik və açıq uroloji əməliyyatlar, androloji və uroloji rekonstruktiv əməliyyatlar həyata keçirir.

Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir.

O, 2015-ci ildə Türkiyənin Bursa şəhərində “Prostat xərçəngi və BPH” mövzusunda keçirilən Avrasiya Uroonkoloji Bahar konqresində, həmin ildə Türkiyənin İstanbul şəhərində “Qadınlarda çanaq bölgəsi orqanlarının rekonstruktiv əməliyyatları” mövzusunda simpoziumda, Türkiyənin İstanbul şəhərində Türk Urologiya Akademiyasının təşkil etdiyi böyrək şişləri mövzusunda təkmilləşdirmə kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresində, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universiteti CASE robotik, laparoskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz modelində yüksək dərəcəli müasir laparoskopik böyrək cərrahiyyəsi kursunda iştirak etmişdir.

Dr. Bəhruz Xalıqov Avropa Urologiya Assosiasiyasının, Türk Urologiya Assosiasiyasının, Türk Uroloji Cərrahiyyə Assosiasiyasının və Türk Uroloji Assosiasiyasının üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/behruz-xaliqov/.

Dr. Bəhruz Xalıqovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə