Apteklərdə qanunsuz satılan dərmanlar müsadirə edilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ötən ay apteklərdə keçirdiyi planlı və plandankənar yoxlamaların nəticələri açıqlanıb. SİA-nın məlumatına görə, iyunun 1-dən 30-dək 40 aptekdə yoxlama keçirilib.

Müsadirə olunan qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 10 adda, 35 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...