MGH komandasına yeni qoşulmuş mama-ginekoloqu sizə təqdim edirik

Dr.Gülnar Nuriyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında həkim-onkoloq kimi internatura təhsili almışdır. SİA xəbər verir ki, Dr.Gülnar Nuriyeva 2012-2016-cı illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitet Xəstəxanasında mama-ginekoloq ixtisası üzrə, 2018-2021-ci illərdə isə İsrailin Qüds şəhərində Hadassah Universitet xəstəxanasında Ekstrakorporal mayalanma təhsil proqramı üzrə üst ixtisas əldə etmişdir. Türkiyə və İsrail Ginekologiya Cəmiyyətlərinin həqiqi üzvüdir.

Bir sıra Beynəlxalq Qadın xəstəlikləri və Doğum konfranslarının iştirakçısı və məruzəçisi olmuşdur. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində Doğum şöbəsinin müdiri, mama-ginekoloq kimi fəaliyyət göstərib.

28 iyun 2022-ci il tarixdən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyətə başlamış Gülnar Nuriyevanı yeni təyinatı münasibətlə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə