“Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda Vebinar keçiriləcək

5 iyul 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektr Med şirkətinin təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda Vebinar həyata keçiriləcək.

Vebinarda Spektr Med şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsi ilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış edəcək, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandıracaqlar.

Vebinar saat 15:00-dan 17:00-dək Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Hərkəsi Vebinarı izləməyə dəvət edirik!

Vebinar barədə detallı məlumat almaq üçün linkə keçid edə bilərsiniz:

https://customshospital.az/05-iyul-kliniki-laborator-mayinlrin-yeni-nsil-sysmex-sistemlri-vasitsi-il-tdqiqi/

Bütün xəbərlər Facebook səhifəmizdə