Həkim bir qrup dərman qəbul etməyin təhlükəli nəticələrindən danışıb

Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" kanalında "Ən vacib şey haqqında" verilişinin efirində bir qrup dərmanın, qan durulaşdıran dərmanların nəzarətsiz qəbulunun hansı təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Myasnikov qan durulaşdıran dərmanların, xüsusən də aspirinin burun qanamasına səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, burun qanamaları təhlükəli əlamətdir və bu qrup dərmanların həddindən artıq dozasından xəbər verir.

Həkimin sözlərinə görə, əgər qan durulaşdıran dərmanlar qəbul edərkən bu əlamət yaranarsa, dərhal mütəxəssisə müraciət etməlisiniz.

Myasnikov daha əvvəl vitaminləri həb şəklində qəbul etməyin təhlükələri barədə də xəbərdarlıq edib.

...Xüsusilə C vitamininin çox olmasının böyrək daşlarının əmələ gəlməsinə, D vitamininin artıqlığının isə nevroloji təzahürlərə səbəb ola biləcəyini bildirib. Bundan əvvəl Myasnikov qastritin inkişaf riskini azaldan vərdişi adlandırmışdı. Onun sözlərinə görə, yeməyi yaxşıca çeynəməklə bu xəstəliyin yaranma ehtimalını azaltmaq olar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə