Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 587 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 907, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 150 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 771 033, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 356 495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 218, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 310 732, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 588 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə