Yetərincə su içməmək hansı fəsadlara yol aça bilər? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

"Orqanizmdə bütün funksiyalar, proseslər, reaksiyalar su hesabına gedir. Eyni zamanda həmçinin orqanizmə daxil olan qida maddələri, vitamin və minerallar, digər mikro və makro elementlər su vasitəsilə parçalanıb, həll olunaraq qana ötürülür". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, əgər, biz günlük su miqdarını yetərincə almasaq, həm daxili orqanların funksiyası pozulacaq, həm də orqanizmdə atılmalı olan toksik maddələr atılmayacaq: "Bu, eyni zamanda qan dövranı ilə, sidik vasitəsilə yenidən orqanizmin toksinlərlə dövr etməsinə səbəb olur. Bu səbəbdən suyun qəbul edilməsi çox vacibdir. Hər bir insan gün ərzində öz bədən çəkisinə görə, normada olan su miqdarını qəbul etməlidir. Maye təlabatını ödəmək üçün qəbul olunan su yalnız təmiz su hesab olunur. Əks halda gün ərzində içdiyimiz çay, digər şirələr, qazlı içkilər orqanizmin maye tələbatını ödəyən faydalı mayeyə aid deyil. Əgər, biz gün ərzində bir stəkan çay içiriksə, onun əvəzinə bir stəkan su içməliyik. İsti yay aylarında, ağır fiziki işlə, idman ilə məşğul olduqda həddindən çox tərləyiriksə, suyun miqdarını orqanizmin çəkisinə görə, 1-2 stəkana qədər artırmaq olar. Suyun içilməsi, orqanizmə faydalı olan vaxtı səhər oyananda iki stəkan, səhər və günorta yeməkləri arasında 1-2 stəkan, yatmazdan 1 saat əvvəl 1 stəkan içilməsi məsləhət görülür".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə